Yuxarı

Bakının 12 rayonunda təhlükə: İH hərəkətə keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş ağaclar insan həyatı ilə yanaşı, şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlakına ciddi təhlükə yaradır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq son günlərdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin (BŞYTB) əməkdaşları tərəfindən paytaxt rayonlarının ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb.

Monitorinqlərin nəticəsi olaraq BŞYTB tərəfindən Bakının 12 rayonu üzrə müxtəlif ünvanlarda qurumuş və təhlükəli ağacların götürülməsinə və ya budanmasına rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.

ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər BŞYTB-yə təqdim edilir.

Təqdim edilən rəylər əsasında BŞYTB əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsinə və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.

Eyni zamanda, BŞTYB əməkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər.

Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcək.

Tarix
2024.07.08 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla