Yuxarı

Kapital Bankıın dəstəyi ilə festival keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya həvəskarları və startap ideası olan hər kəsin nəzərinə, Kapital Bank-ın dəstəyi, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakı şəhərində "iFest-İnnovasiya və Texnologiya" Festivalı baş tutacaq.

Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, builki festival COP29-a həsr olunacaq və “Yaşıl texnologiya – yaşıl dünya naminə” şüarı altında keçiriləcək.

Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər və minimal mümkün məhsul (MVP) mərhələsinə çatan startaplar öz stendləri ilə iştirak edəcəklər. Həmçinin, yerli və xarici vençur fondları və mələk investorları da festivalda təmsil olunacaqlar. Festival 23 iyul 2024-cü il tarixində keçiriləcək.

Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlərin keçirilməsi planlaşdırılır ki, bunlara startapların təqdimatı, investor görüşləri, startap forumu, texnologiya şirkətlərinin və startapların sərgisi, eləcə də əyləncəli şou proqramlar daxildir.

Qeyd edək ki, “iFest-İnnovasiya və Texnologiya” festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. Festivalda gənclər, texnologiya həvəskarları və startapla maraqlanan hər kəs iştirak edə bilər.

Qeydiyyat üçün: https://ifest.az/qeydiyyat/

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.

Tarix
2024.07.08 / 17:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla