Yuxarı

Sentyabrdan məktəblərdə şənbə günü də dərs olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayından etibarən dərslərin altı günlük olması məsələsi gündəmdə deyil, şənbə gününün dərs günü kimi keçirilməsi nəzərdə tutulmur.

Axar.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Pravda.az-ın suallarını cavablandırarkən deyib.

İ.Orucov bildirib ki, məktəblərdə dərslərin beş və ya altı gün olması məktəbin Pedaqoji Şurasının qərarı ilə tənzimlənir:

“Bu məsələ Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Elə məktəblər var ki, orada şagird sıxlığı çox olduğu üçün ikinövbəli tədris həyata keçirirlər, dərslər şənbə gününə də salınır. Valideynlər istəyirlərsə, məktəb qarşısında bu qərarla çıxış edə bilərlər. Belə olan halda, dərslərin beş və ya altı günlük olması məsələsinə baxıla bilər. Valideynlərin qərarı mütləq şəkildə nəzərə alınmalıdır. Çünki təhsilin subyektlərindən biri də valideynlərdir. Ekspertlərin də bununla bağlı rəyləri var. Mən də bu fikirdəyəm ki, dərslər altı gün olsa, dərs yükü şagirdləri yükləməz. Beşgünlük tədris həftəsində isə şagirdlər bəzən 7 saat məktəbdə olurlar. 7 saatlıq dərs, təbii ki, keyfiyyətə təsir göstərir. Düşünürəm, müsbət mənada təsir göstərmir. Məsələyə sırf peşəkar münasibətdən söhbət gedir. Ola bilsin, əksər valideynlərə şənbə günü dərs olmaması münasibdir. Düşünürlər ki, həftə sonudur, evdəyəm, övladım da yanımdadır. Nəzərə alaq ki, altı günlük dərs həftəsinə keçid olsa, gündəlik dərs saatlarının yüklənməsi də olmaz”.

Tarix
2024.07.09 / 01:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

Ermənistan və Fransanın addımları iflasa uğradı - Bakı

Məmmədov Türkiyədə siyasi məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla