Yuxarı

Həbsdə olan məmurun yeni cinayət əməlləri ortaya çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan Lənkəranın sabiq baş memarı barəsində daha bir cinayət işi başlanılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, rüşvət almaqda təqsirləndirilərək məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunan Elgün Abdullayevin yeni cinayət əməlləri ortaya çıxıb.

Belə ki, Elgün Abdullayevin vətəndaşlara qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırdığı və həmin ərazilərdə tikintiyə qanunsuz icazə verdiyi məlum olub.

Bu səbəbdən onun barəsində Cinayət Məcəlləsinin 314-2.1-ci (Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə) maddəsi ilə ittiham verilib.

Onun barəsində cinayət işinin istintaqı başa çatdırılıb və baxılması üçün Lənkəran şəhər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Muradağa Qasımovun icraatına verilib.

Qeyd edək ki, Elgün Abdullayev 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Onun vətəndaşlardan külli miqdarda rüşvət aldığı məlum olub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elgün Abdullayev 8 il azadlıqdan məhrum edilib.

Tarix
2024.09.21 / 09:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla