Yuxarı

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusu bir sıra Qərb dairələrindəki ikili standartları bir daha təsdiq edir. Sorğunun mahiyyəti əsassız və qərəzli olmaqla yanaşı, Azərbaycan və Ermənistana münasibətdə açıq-aşkar ikili standartların bariz nümunəsidir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, əvvəllər olduğu kimi, bu qətnamədə də ermənipərəst deputatlar Azərbaycanı məqsədli surətdə qaralamağa və ölkəmizi aqressor kimi göstərməyə çalışıblar:

“Məqsəd Azərbaycanın beynəlxalq müstəvidə nüfuzuna zərbə vurmaqdır. Məhz ikili standartların nəticəsidir ki, onlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Qarabağ və Şərqi Zəngəzurdan mən də daxil olmaqla 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməyiblər. Bu da təbii ki, onların saxta və qərəzli mövqelərinin təzahürüdür.

Sorğuda beynəlxalq hüquqa zidd fikirlərin əks olunması onu göstərir ki, bu qətnamə bütünlüklə subyektiv və qərəzli xarakter daşıyır. İrəli sürülən iddialar və ittihamlar da həmişəki kimi uydurma arqumentlərə, yanlış məlumatlara əsaslanır. İsveçrəli deputatların son sorğusu hüquqi sənədə yox, populist siyasətçilərin təbliğat məruzəsinə oxşayır.

Sorğuda COP29 kimi yüksək səviyyəli beynəxalq tədbirin təşkilinə kölgə salmaq cəhdi bir daha sənədin məqsədli və ikili standartlara söykəndiyini göstərir. Bütün beynəlxalq öhdəliklərə və eləcə də demokratik prinsiplərə sadiq olan Azərbaycan ətraf mühitin qorunması və iqlim dəyişiklikləri istiqamətində regional töhfəsini hər zaman nümayiş etdirib”.

İsveçrə Parlamentinin qərəzli sorğuları və bəyanatları bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Amma görünən odur ki, İsveçrə Parlamentinin məqsədi sülhə dəstək deyil, regionda gərginlik yaratmaq və Azərbaycana qarşı saxta və qərəzli siyasəti davam etdirməkdir”.

Qeyd edək ki, İsveçrə parlamentinin 16 deputatı ermənilərin Qarabağa geri qaytarılması ilə bağlı icra hakimiyyətlərinə yazılı sorğu göndərib.

Tarix
2024.09.20 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla