Yuxarı

Bulvarda gəmi gəzintisi bərpa edilir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb. Yayılan görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.

Bir neçə ildir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.

Axar.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Modern.az-a açıqlamasında artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini bildirib:

“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.

Tarix
2024.09.21 / 17:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı axtarışa verdiyi üçün İrəvanda saxlanıldı – Təcili

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla