Yuxarı

Bakıda tank əleyhinə mərmi tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 40 mm-lik “PQ-7L” markalı tank əleyhinə zirehdələn kumulyativ idarəolunmayan raket mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Tarix
2024.09.22 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla