Yuxarı

MM sədri kim olacaq? - İki əsas namizəd

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qanunvericiliyə görə, parlamentin ilk iclasına yeni tərkibdə seçilmiş Milli Məclisin ən yaşlı deputatı rəhbərlik edəcək. Sonra Milli Məclisin sədri, sədrin birinci müavini və daha iki müavin seçiləcək.

Qeyd edək ki, Milli Məclisin rəhbərliyində dəyişikliklərin olacağına dair gözləntilər var. Hətta spikerin və birinci vitse-spikerin yeni deputatlarla əvəzlənəcəyi iddia olunur.

Hakimiyyət komandasının nüfuzlu simalarından biri açıqlamasında parlament rəhbərliyində dəyişikliklərin qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırda Milli Məclis rəhbərliyində təmsil olunan 4 nəfərdən ən azı ikisi kürsüsünü başqa deputat həmkarlarına təhvil verəcək.

Mənbə iki deputatın – Sahibə Qafarovanın və Əli Əhmədovun sədr seçilmək şansının olduğunu bildirib. Onun sözlərinə görə, Sahibə Qafarovanın parlamentə rəhbərlik etmək şansı Əli Əhmədovla müqayisədə daha yüksəkdir.

Məlumatlı şəxs birinci müavin və digər iki müavin postlarını tutmaq şansı olan deputatların da adlarını açıqlayıb. O, millət vəkillərindən Əli Hüseynlinin, Fazil Mustafanın, Şahin Seyidzadənin, Fəzail İbrahimlinin, Erkin Qədirlinin və Qaya Məmmədovun parlament rəhbərliyində təmsil oluna biləcəyini istisna etməyib.

Tarix
2024.09.22 / 12:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

Blinken İlham Əliyevi təbrik etdi

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla