Yuxarı

Məşhur dərman şirkəti buna görə cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonar Farm MMC gömrük qaydalarını pozduğuna görə cərimələnib.

Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, uzun illər Azərbaycanın dərman bazarında mövcud olan Sonar Farm MMC Bakıda, eyni zamanda bölgələrdə aptek və topdan satış sahəsində fəaliyyət göstərir.

Tarix
2024.09.23 / 13:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ərdoğan Paşinyan və Pezeşkianla bunu müzakirə edəcək

Ermənistanda Azərbaycan suları satılır - Foto

Biz sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistan...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla