Yuxarı

Sabah bu ərazilərə sulu qar yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Tarix
2024.09.23 / 13:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ərdoğan Paşinyan və Pezeşkianla bunu müzakirə edəcək

Ermənistanda Azərbaycan suları satılır - Foto

Biz sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistan...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla