Yuxarı

“Məhsul" stadionunu “satan” vəzifəli şəxs azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nadir Əliyev 7 il azadlıqdan məhrum edilib, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddə tətbiq edilib. Onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Alik Həsənov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Nadir Əliyev və Alik Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilib.

Tarix
2024.09.23 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən bu universitetlə bağlı sərəncam

Bundan sonra da geriyə heç bir addım olmayacaq - Əliyev

Təcili: JF-17 qırıcısı Azərbaycan səmasında - Video

İlham Əliyev Cəmşid Xocayevi qəbul etdi

Rusiya bu sursat sistemini Bakıya gətirir

Onlara hər dəfə dərs vermişik ki, bunu etməsinlər!

Ermənistan Fransadan pulsuz silah alır - ciddi məsələdir!

Ərdoğan Paşinyan və Pezeşkianla bunu müzakirə edəcək

Ermənistanda Azərbaycan suları satılır - Foto

Biz sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistan...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla