Yuxarı

Elza 100 minlik qızıllarını geri ala bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ildən çoxdur, lombarda ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyalarını girova qoymuşduq. 100 min manat dəyərində qızıl qoyub, pul götürdük, lakin bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər.

Axar.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan İnstaqram səhifəsində paylaşdığı videoda deyib.

Sənətçi məhkəməyə müraciət etdiyini vurğulayıb:

"Lombarda olan borcunu ödədikdən sonra girov qoyduğumuz qızılları geri ala bilmirik. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. Onu da 3 qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Dedilər ki, pulu verin, 1 həftəyə qızılları qaytaracağıq. Amma üstündən aylar keçdi. Hazırda məhkəmə gedir. Müəyyən səbəblərdən məhkəməyə də gedə bilmədim. Çəkiliş zamanı xəsarət almışdım, həkimdə idim. Lombardda zinət əşyalarımızı mənimsəyən Xəyal Abdullayevdir. Qızılları alıb və qaytarmır. Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal Rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın".

Tarix
2024.09.24 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Harrisin azərbaycanlıların bu hüququnu görməzdən gəlməsi...

İranın Rusiyaya qarşı Zəngəzur planı: ABŞ-la razılaşdı

Bayramov maltalı həmkarı ilə COP29-u müzakirə etdi

Qafarova Simonyanla sülh prosesini müzakirə edəcək

Bayramov Ukraynanın yeni XİN başçısı ilə görüşdü

Zakir Həsənov Ruslan Jaksılıkovla görüşdü

ADEX-2024: Prezidentdən sərgi iştirakçılarına müraciət

Pezeşkian ABŞ-da müxbirə azərbaycanca cavab verdi - Video

Türk ordusunun elitası Bakıda: Rekord qeydə alındı!

Hikmət Hacıyev Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla