Yuxarı

Toy karvanında 5 nəfərin öldüyü qəza: cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Axar.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi cinayət işi başlanılıb, müvafiq eskpertizalar təyin edilib.

Qeyd edək ki, hadisə ötən gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcabədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən VAZ-21124 markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı MAN markalı yük avtomobilinə çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov və üç sərnişin - 1990-cı il təvəllüdlü Aidə Yasər qızı Hüseynova, 1958-ci il təvəllüdlü Mehriban Hüseyn qızı Hüseynova və 1995-ci il təvəllüdlü Vasif Əkbər oğlu İsayev hadisə yerində ölüb. Avtomobildə olan daha bir şəxs- 1991-ci il təvəllüdlü Xoşbəxt Akif qızı Hüseynova ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Tarix
2024.09.25 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pakistan qırıcıları Azərbaycan səmasında - Yeni video

İrəvanın Azərbaycana torpaq kompensasiyası... - Zülfüqarov

Ali Baş Komandana JF-17C təyyarələri təqdim olundu

Prezident göstərişi: Kimlərin maaş və pensiyası artacaq?

Tanınmış politoloq vəfat etdi - Foto

“Geridə qalmış” Mərakeşdə var, bizdə yox...

Bayramov Qrossi ilə görüşdü: sənəd imzalandı

İrəvan Azərbaycana vurduğu ziyanı necə ödəyəcək?

Bayramov iranlı həmkarı ilə görüşdü: İrəvana hərbi dəstək...

Pavel Muraveyko Bakıya gəldi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla