Yuxarı

Piramida üsulu ilə insanların pulu belə oğurlanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Piramida və ya "səadət zənciri" adlandırılan dələduzluğun qurbanları günü-gündən artır. İlk olaraq şirkət investisiya qoymaq müqabilində müəyyən faizdə gəlir təklif edir. Sonra isə digər şəxslərin cəlb edilməsini istəyir.

Axar.az xəbər verir ki, hüquqşünas Şamil Paşayev deyir ki, piramida daim yeni maliyyə mənbələri cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlara vəd edilmiş məbləğdə vəsaiti ödəyirlər. Çünki birinci prinsip daha çox insanın bura cəlb olunmasıdır.

Yəni ilk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Həmin insanlar təhrik edilir ki, onlar ətraflarındakı insanları bu piramidaya qoşsunlar. İlk qoşulanlara müəyyən vəsait ödənilsə də, sonradan qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi də böyüyür.

Daxili İşlər Nazirliyi də sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradan və vətəndaşların vəsaitlərini kütləvi şəkildə ələ keçirən dəstələrin ifşa edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Tarix
2024.10.08 / 00:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından 4 il ötür

İlham Əliyev Moskvada qeyri-rəsmi naharda iştirak etdi

Bakının iştirakı olmadan aparılan debatları... - Mikanadze

İsrailin Bakı səfirliyindəki bayraq yarıya endirildi

İrəvan Moskvada nazirlərin bəyanatından imtina etdi - Təcili

Vardanyanla bağlı Qərbin PR maşını işə düşdü

Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko

Zakir Həsənov özbək generalla görüşdü - Video

Əliyevin erməni xalqı ilə bağlı siyasəti... - Şevçenko

MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla