Yuxarı

Nazir bu alimləri, görün, necə ifşa etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmi tədqiqatlar olmayan yerdə innovasiyalar yaratmaq olduqca çətindir. Elmi araşdırmaların düzgün qurulması olduqca vacibdir. Biz "phd"ni, yəni "fəlsəfə doktoru"nu ictimai statusu olan adamdan elmlə məşğul olan adam statusuna gətirib çıxarmalıyıq.

Axar.az AzVision.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, elmi dərəcəsi olmaq və alim olmaq ayrı-ayrı şeylərdir:

"Alim o şəxsdir ki, onun həqiqətən də elmi məhsulu var. Elmi nəticəsi olmayan adamlara "siz alim deyilsiniz, sadəcə, elmi dərəcəniz var" deməkdən qorxmasaq, çox irəli gedə bilərik. Elmi tədqiqatı olmayan adamlar özlərinə "alim" dedikcə, elm aşağı gedir".

Nazir vurğulayıb ki, bizə elmin imitasiyası yox, özü lazımdır. Əks halda sadəcə, zaman itirəcəyik.

Emin Əmrullayev əlavə edib ki, son vaxtlar ölkədə elmi məqalələrin sayı artır. Elmi nəticələrə görə yüzdən artıq alimə mükafatların verilməsi prosesinə başlanılıb. Bu cür layihələrin daha çox həyata keçiriıldiyi yer Qarabağ Universiteti olacaq.

Tarix
2024.10.08 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Hadrutun işğaldan azad olunmasından 4 il ötür

Naxçıvan MSK-nın sədri vəfat etdi

Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…

Əliyev-Putin-Paşinyan görüşü niyə baş tutmadı?

Bakı və İrəvanın bu addımlarını alqışlayırıq - Tokayev

Bu ay Bakı ilə sülh sazişi imzalamağa hazırıq - Paşinyan

MDB Dövlət Başçıları Şurasının iclası: Əliyev çıxış etdi

Hacıyev Rudenko ilə bu məsələləri müzakirə etdi

Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi... - Kreml

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla