Ana səhifə Toplum |
Əhəmiyyətli Günəş və külək enerjisi potensialına malik Azərbaycan karbohidrogen sektorunda dayanıqlı inkişaf və emissiyaların azaldılması sahəsində liderliyini nümayiş etdirir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi COP29-da təmsil etdiyi ölkəyə məxsus pavilyonun açılış mərasimində deyib.
Diplomat Azərbaycanın COP29 iqlim konfransının uğurlu təşkilində göstərdiyi səyləri alqışlayıb.
"İki həftə məhsuldar və ruhlandırıcı danışıqlar gözləyirik. COP29-da ABŞ nümayəndə heyətinə, Azərbaycan sədrliyinə və bütün iştirakçılara uğurlar arzulayıram!" - səfir söyləyib.
O həmçinin bildirib ki, Azərbaycanla Ermənistandan olan bir qrup hidroloq və mühəndis ABŞ-nin dəstəyi ilə regionda transsərhəd çayların su ehtiyatlarının kompleks idarə olunması sxemi ilə bağlı birgə fəaliyyət göstərir.
Tarix
2024.11.12 / 11:50
|
Müəllif
Axar.az
|