Yuxarı

Nazirdən pensiya açıqlaması: Ayın sonunu gözləmədən...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial paketlə bağlı cənab Prezident tərəfindən artıq müvafiq tapşırıqlar verilib. Ölkə başçısının bəyan etdiyi kimi, gələn il Azərbaycanda növbəti sosial islahat paketi həyata keçiriləcək.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib:

"Son beş il ərzində prezident İlham Əliyevin təşəbbüsü ilə böyük sosial islahat paketi həyata keçirilib. 4 milyondan çox əhalimiz bu paketlər çərçivəsində əhatə olunub. Vətəndaşlarımıza illik əlavə 7 milyard manatdan artıq ödəniş edilir. Həm minimum pensiyalar orta hesabla 2.7 dəfə, minimum əməkhaqqı 3 dəfəyə yaxın, orta aylıq əməkhaqqımız isə 2 dəfəyə yaxın artıb. Cənab prezident tapşırıq verib və növbəti il üçün sosial islahat paketi hazırlanıb. Gələn il minimum əməkhaqqı və minimum pensiyaların artımı gözlənilir. Hazırda dövlət büdcəsinin layihəsi Milli Məclisdə müzakirə olunduğu üçün düşünürəm ki, yekunda müvafiq rəqəmlərlə bağlı da məlumat veriləcək".

Nazir pensiyaların gecikməsi məsələsinə münasibət bildirib:

"Bu gün biz bütün pensiyaları avansla ödəyirik. Həmin ayın pensiyası ay sonunda ödənilir. Sadəcə, Azərbaycan hökumətinin humanist addımı ondan ibarətdir ki, biz ayın sonunu gözləmədən pensiyaları daha tez ödəyirik".

Tarix
2024.11.12 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

Ermənistandan COP29 üçün kim müraciət edib? - Mirzoyan

Leyla Əliyeva bu pavlyonu ziyarət etdi - Video

İlham Əliyev Çin baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla