Yuxarı

"Azercell" “İşçi Rifahı 2024” mükafatına layiq görüldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom MMC “Sənaye Təhlükəsizliyi Zirvəsi”ndə “İşçi Rifahı 2024” mükafatı ilə təltif edilib.

Tədbir Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun və “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Belə ki, münsiflər heyəti lider mobil operatorun SƏTƏM (Sənaye Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Azercell işçi rifahı, sənaye təhlükəsizliyi, ətraf mühit standartlarının təkmilləşdirilməsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələrlə fərqlənib.

Qeyd edək ki, “Sıfıra doğru” şüarı altında keçirilən Zirvə toplantısı sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində qlobal yeniliklərin, eləcə də qabaqcıl təcrübələrin müzakirəsinə həsr olunub. Tədbirdə 350-dən çox dövlət və özəl sektor nümayəndəsi, yüksək vəzifəli şəxslər, iş adamları və sahə üzrə mütəxəssislər iştirak ediblər.

Qeyd edək ki, Azercell Telekom MMC insan kapitalına yüksək dəyər verir və təhlükəsiz, dayanıqlı iş mühitinin qurulmasına yönəlmiş ardıcıl təşəbbüslər həyata keçirir. Şirkət sağlamlıq və sosial rifaha yönəlmiş proqramlarla yanaşı, işçiləri ergonomik və rahat iş mühiti ilə təmin edir. Bununla yanaşı, sağlamlıq sığortası, tibbi müayinələrə çıxış, psixoloji dəstək və stressin idarə olunması üzrə təlimlər kimi işçilərin rifahının artırılmasına yönəlmiş proqramlar təklif edir.

Azercell Telekom MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Tarix
2025.01.09 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Ankara Suriyanın quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla