Yuxarı

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Seçki Məcəlləsinə görə, partiyaların parlament və bələdiyyə seçkilərində fərqli strategiya ilə iştirak etmək hüququ var. Əgər bir partiya hansısa bölgədə təşkilat kimi iştirak edə bilmirsə, o, namizədlərinə fərdi qaydada prosesə qatılmağa razılıq verə bilir.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

O qeyd edib ki, partiya seçkilərdə istənilən şəxsin namizədliyini irəli sürə bilər:

“Bitərəf şəxslərin də hansısa partiya tərəfindən dəstəklənməsi mümkündür. Bələdiyyə seçkilərində də bu amillərin olması normaldır. Ölkədə yeganə olaraq YAP-ın bütün bələdiyyələrdə namizədləri olacaq. Hər bir bələdiyyədə saya uyğun olaraq YAP öz namizədlərini təqdim edib. Digər partiyalarda isə vəziyyət fərqlidir. Elə partiya var ki, o ölkə üzrə 15, 20, 30 rayonda təmsil olunur. Bu halda onların başqa bölgələrdə bələdiyyə üzvlüyünə namizəd irəli sürməsi çətinləşir. Belə olan halda həmin partiyalar müstəqil və bitərəf şəxslərin namizədliklərini dəstəklədiyini açıqlayır”.

Siyavuş Novruzov əlavə edib ki, Seçki Məcəlləsində bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəd arasında heç bir fərq yoxdur:

“Bu, yanlış yanaşmadır. Hətta Milli Məclisdə də bu məsələni qaldırmışdıq. Çünki hansısa partiya tərəfindən namizəd irəli sürülürsə, onun barəsində ən azı 70-80 sənəd hazırlanmalıdır. Eyni zamanda həmin namizədin təqdimatı üçün səlahiyyətli nümayəndə, partiya nizamnaməsi, şəhadətnamənin təqdim edilməsi kimi şərtlər var. Fərdi qaydada isə adi bir müraciətlə məsələ həll olunur və namizədlik qeydə alınır. Ona görə də bu qaydalar dəyişməli, prosedurlar sadələşməli, yüngülləşməlidir. Çünki bu yerli özünüidarəetmə orqanına olan seçkidir. Seçki Məcəlləsindəki bu qaydalar dəyişməlidir. Belə qaydalarla işləmək olmaz. Gədəbəyin bir kəndi üçün bələdiyyə üzvlüyünə namizəddən bu qədər sənəd tələb etmək doğru deyil. Yəqin ki, gələcəkdə Milli Məclisdə bu məsələyə baxılacaq”.

Tarix
2025.01.09 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla