Yuxarı

Falçıya 12 min manat verib dua yazdırdı, işi alınmadı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Falçıya 12 min manat verib dua yazdırdı, işi alınmadı... - Video

Bakıda 35 yaşlı qadın falçının qurbanı olub.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayon sakini olan, 35 yaşlı qadın müşkülə düşən işlərini yoluna qoymaq üçün falçı axtarıb.

Onun iddiasına görə, 3 ay müddətində falçıya 12 min manat pul verib. Əvəzində Natiq adlı falçı ona müxtəlif dualar yazıb.

Qadın özəl musiqi dərsləri alır, ifaçılıq sənətinə yiyələnmək istəyir. İddiasına görə, falçını da elə dolanışıq üçün axtarıb və ona inanaraq zinət əşyalarını satıb, işlərinin düzələcəyinə inanıb. Amma 1 il ərzində nə işi düzəlib, nə də pulu geri qaytara bilib.

Gənc qadın iddia edir ki, Natiq adlı şəxs Bakıda müxtəlif mənzilləri iki günlük kirayə edib fala baxırmış. İndi o telefonlarını açmır, kirayə yaşadığı ərazini isə tərk edib.

İlahiyyat İnsitutundan məzun olduğunu iddia edən Natiq Sabirabad rayonunun Çiçəkli kəndində ruhani kimi fəaliyyət göstərdiyini bildirib. Deyilən iddiaların isə həqiqatlə heç bir əlaqəsi olmadığını deyib.

Hazırda fakt Xətai Rayon 34-cü polis bölməsi tərəfindən araşdırlır.

Ətraflı süjetdə:

Tarix
2025.01.13 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla