Yuxarı

Əhalinin banklardakı borclarının həcmi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət büdcəsinə 19.5 milyard manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, büdcədən 19.1 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi daxili məhsulun 0.6 faizinə bərabər olub.

2014-cü il yanvarın 1-nə kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 15,4 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0 faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli olub. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə vaxtı keçib.

Əhalinin banklardakı əmanətlərinin məbləği bir il ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard manata çatıb.

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna 2,34 manata bərabər olmuşdur.

Tarix
2014.02.18 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Tiflisə uçan təyyarə tufana görə geri qayıtdı

Azərbaycanda un ucuzlaşdı - Yeni qiymətlər

Bakı və Aran rayonlarında son vəziyyət - Faktiki hava

Əhaliyə xəbərdarlıq: Çaylardan sel keçəcək

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək

Londonun tarixi məkanında Azərbaycan bayramı

Separatçılar təxribata hazırlaşır: Xocalıda təlimlər - Video

Tiflisdə biznes forumu keçirildi - Foto

Bakıda 246 avtobus tıxacda qaldı

Kapital Bankdan nağd pul kreditini illik 10,9%-lə əldə edin!

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla