Yuxarı

Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü - Adlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə dəhşətli qəza: 5 nəfər öldü - Adlar

09:36

Yanvarın 24-də saat 23 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Axar.az xəbər verir ki, xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırma aparmaqla yanaşı, hərəkətin təhlükəsizliyini nəzarətdə saxlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks hərəkətdə qarşıdan gələn Şəmkir rayon sakini 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobil ilə toqquşub. Hadisə nəticəsində VAZ-2106-nın sürücü və həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev və hələlik kimliyi istintaqa məlum olmayan daha bir nəfər həyatını itirib.

VAZ 2106-da olan digər sərnişin 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix
2025.01.25 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla