Yuxarı

Zaqatalada polis zabiti vuruldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada polis zabiti vuruldu

Zaqatala rayonu ərzisində yol qəza hadisəsi baş verib.

Hadisə zamanı piyada olan polis əməkdaşını maşın vurub. Nəticədə o müxtəlif dərəcəli bədən xəsarətləri alıb (Kanal S).

Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Babayev Baba idarə etdiyi "VAZ 2106" markalı 10-RE-206 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, hazırda Zaqatala şəhəri Azərbaycan prospekti 13 ünvanında kirayədə yaşayan Sadıqov İlqar Məhəmməd oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Sadıqov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan İlqar Sadıqovun hazırda vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan piyada İlqar Sadıqov Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin zabitidir. Hal-hazırda onun məzuniyyətdə olduğu bildirilir. Fakla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin təhqiqat və istintaq bölməsində araşırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Tarix
2014.02.22 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla