Yuxarı

Şəmkirdə ağır qəza: 4 ölü, 3 yaralı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:31

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mersedes"lə VAZ 2106 markalı avtomobilin toqquşması nəticəsində bir qadın ölüb, biri uşaq olaraq, 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Onun azyaşlı olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdaərsində araşdırma aparılır.

23:19

Şəmkirdə "Mersedes" lə VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alan 6 şəxsdən daha 3 nəfər keçinib.

Bundan əvvəl qəza zamanı VAZ 2106-da olan Aynur adlı qadının hadisə yerində öldüyü bildirilmişdi.

"Mersedes"in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

VAZ-da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

"Mersedes" in sürücüsü İ.Muxtarovun dediyinə görə, qəzaya səbəb VAZ-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Tarix
2016.06.16 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla