Yuxarı

Dostunun maşınını oğurlayıb Ağdama apardı, yandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dostunun maşınını oğurlayıb Ağdama apardı, yandırdı

Gəncə sakini dostunun avtomobilini oğurlayıb işğaldan azad olunmuş əraziyə apararaq orada yandırıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisəni törətməkdə təqsirləndirilən şəxs Elmin Məmmədov (soyad şərtidir) Vətən müharibəsi iştirakçısı olub. O, Gəncə şəhərində yaşamaqla, orada avtomobil təmiri sexində usta köməkçisi işləyib.

Elminin dostu İntiqam özünə məxsus VAZ-2107 markalı avtomobillə onun yanına gəlib və 60 manata avtomobil səsgücləndiricisi satdığını deyib. Elmin isə həmin avadanlığı ondan 30 manata istəyib. İntiqam bu məbləğlə razılaşmayıb və avadanlığı digər ustaya 60 manata satıb.

Elə hər şey də bundan sonra başlayıb.

Səhəri gün Elmin İntiqamdan avtomobilini istəyib ki, Yevlax şəhərinə gedib-gəlsin. İntiqam da etiraz etməyib.

Avtomobili dostundan götürən Elmin özünü və avtomobili xüsusi portaldan qeydiyyatdan keçirərək azad olunmuş əraziyə gedib. Ağdam şəhərində avtomobil xarab olub. Bundan əsəbiləşən Elmin avtomobildə olan maqnitafon, səsgücləndirici və digər avadanlıqları söküb, yük yerində olan benzini götürərək maşının salonuna töküb od vurub.

Hadisə yerinə polis əməkdaşları gələrək Elmini saxlayıblar. Üzərinə baxış zamanı ondan bıçaq və narkotik vasitə olan metanfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə E.Məmmədov 3 il 3 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bir il sınaq müddəti təyin edib.

Tarix
2025.06.11 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla