Yuxarı

Masazır duz göllərinin ətrafı tullantılardan təmizləndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazır duz göllərinin ətrafı tullantılardan təmizləndi - Foto

5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Azərduz markasının təşəbbüsü ilə ətraf mühitin mühafizəsinə yönəlmiş tədbir həyata keçirilib. Əsas məqsəd ekoloji maarifləndirməni gücləndirmək və təbii sərvətlərimizin qorunmasına real töhfə vermək idi. Masazır qəsəbəsində yerləşən duz göllərinin ətrafı tullantılardan təmizləmək məqsədilə şirkət əməkdaşlarının iştirakı ilə sosial layihə reallaşdırılıb.

Korporativ Sosial Məsuliyyət layihələrinə xüsusi həssaslıqla yanaşan “Azərduz” mütəmadi olaraq, bu istiqamətdə addımlar atır. Keçən həftə adıçəkilən marka Masazır və ətraf qəsəbələrdə yaşayan həssas qrupa aid yüzlərlə ailəyə Müqəddəs Qurban bayramı münasibətilə sovqat hədiyyə etmişdi.

Qeyd edək ki, 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilmiş Azərbaycan Duz İstehsalat Birliyi Masazır və ətraf qəsəbələrdə yüzlərlə insanın məşğulluğunun təmin edilməsində mühüm rol oynayır. Müəssisə tərəfindən istehsal olunan duzlar ölkəmizdə yod çatışmazlığının aradan qaldırılması üçün aparılan dövlət siyasətində mühüm yer tutur.

Tarix
2025.06.11 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video

İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə abidə...

Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video

ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev

Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!

Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla