Yuxarı

Alimlərimiz almanlarla vulkanları araşdıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Sesumoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinə (GFZ EXSM) palçıq vulkanları və zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib.

Xidmətdən Trend-ə verilən məlumata görə, RSXM-nin baş direktoru Qurban Yetirmişli Azərbaycanda palçıq vulkanlarının çox geniş yayıldığını və palçıq vulkanları ilə zəlzələlərin arasındakı əlaqə sahəsində birgə tədqiqatların aparılmasını təklif edib. Palçıq vulkanlarının monitorinqinin aparılması və zəlzələlər zamanı vulkanlarda baş verən proseslərin izlənilməsinin vacibliyi də qeyd olunub.

GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin Zəlzələlərin və vulkanların fizikası bölməsinin mühəndis – geofiziki Birger-G.Lühr bildirib ki, onlar apardıqları tədqiqatlar zamanı vulkanların ətrafında quruda və dənizin dibində seysmik stansiyalar quraşdırırlar. Bu da o ərazidə baş verən prosesləri izləməyə imkan verir. Xəzər dənizində də seysmik stansiyaların quraşdırılmasının vacibliyinə toxunan Birger-G.Lühr bunun seysmik aktivliklə yanaşı palçıq vulkanlarının da fəaliyyətinin izlənilməsinə də imkan yaradacağını deyib. Birger-G.Lühr bu sahədə birlikdə tədqiqatların aparılması təklifini müsbət qiymətləndirərək, bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Tarix
2016.09.27 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla