Yuxarı

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışında mühüm mesajlar verdi və bizə istiqamət göstərdi. Dövlət başçısı bu ilin noyabrında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan istifadə etməlidirlər.

Axar.az xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda plenar sessiyada səsləndirib.

Dinlərarası dialoq vasitəsilə müxtəlif irqlərdən və dinlərdən olan insanların bir araya gəlməsinin, qarşılıqlı etimadın inkişaf etdirilməsinin önəmini vurğulayan BMT rəsmisi bildirib: “Təəssüf ki, din bəziləri üçün önəm daşımır. Biz gələcəyimizi birlikdə formalaşdırmalıyıq. Bu işdə hamı - siyasətçilər, diplomatlar, vətəndaşlar, vətəndaş cəmiyyətləri, dini icmalar eyni hədəfə istiqamətlənməlidirlər”.

Dünyada bir sıra münaqişə ocaqlarının olduğunu diqqətə çatdıran A.Moratinos dini məkanların xəritəsinin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, dini liderlər kilsələrə, sinaqoqlara hücum təhlükəsi ilə bağlı proqram tərtib etməlidirlər.

İnsan Qardaşlığına dair sənədin əhəmiyyətini vurğulayan BMT rəsmisi deyib: “Biz hamımız birlikdə işləməliyik. Dinin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirməliyik”.

Tarix
2024.05.01 / 21:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla