Yuxarı

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırmaq istəyir və rəsmi Bakı Astananın bu təklifini nəzərdən keçirəcək.

Axar.az Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı səfir Qazaxıstanda taxıl biçini barədə məlumat verib və Azərbaycana tədarükün həcmini artırmağa hazır olduqlarını bildirib.

Öz növbəsində R.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi Qazaxıstandan taxıl və digər məhsulların idxalında maraqlıdır və Qazaxıstanın bu təklifini nəzərdən keçirəcək.

Görüşdə tərəflər həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və enerji sektorlarında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.

R.Məmmədov bildirib ki, son iki ildə Qazaxıstan və Azərbaycan dövlət başçılarının 9 qarşılıqlı səfəri olub ki, bu da ikitərəfli əməkdaşlığın inkişafına töhfə verib. Bu kontekstdə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi, Qazaxıstanın enerji resurslarının Azərbaycan ərazisindən tranziti, eləcə də eləcə də Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi kimi iri birgə layihələrin uğurla həyata keçirildiyini vurğulayıblar. Mədəni-humanitar əlaqələrin inkişafına xüsusi diqqət ayrılıb.

Görüşdə səfir Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

Diplomat Qazaxıstan tərəfinin Azərbaycanla yeni birgə layihələrin, o cümlədən cari ildə yaradılmış və ilkin kapitalı 300 milyon ABŞ dolları olan Qazaxıstan-Azərbaycan İnvestisiya Fondunun cəlb edilməsi ilə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Bundan əlavə, o qeyd edib ki, Qazaxıstan şirkətləri Azərbaycanda, o cümlədən Qarabağ regionunda müxtəlif infrastruktur obyektlərinin tikintisində iştirak etməyə hazırdırlar.

Tarix
2024.09.20 / 22:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

İran Zəngəzurla alver edir: Əvəzində nə istəyir? - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla