Yuxarı

ABŞ səfirliyinin Bəxtiyarla bağlı iddialarına XİN-dən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfirliyinin Bəxtiyarla bağlı iddialarına XİN-dən cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-ın Bakıdakı səfirliyinin iddialarına cavab verib.

Axar.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir.

Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında daha ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilir, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır?

Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, - o bildirib.

Qeyd edək ki, ABŞ səfirliyi “Bəxtiyar Hacıyevə qarşı bu yaxınlarda çıxarılan hökmdən çox məyus olduğunu” bildirib və Azərbaycanı “öz beynəlxalq öhdəliklərinə və vədlərinə əməl etməyə və haqsız yerə həbs edilənləri azad etməyə çağırmağa davam edib”.

Tarix
2025.01.15 / 09:04
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla