Yuxarı

Los-Ancelesdə yanğın: mülkləri olan türk məşhurlar - Siyahı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Los-Ancelesdə yanğın: mülkləri olan türk məşhurlar - Siyahı

Xəbər verdiyimiz kimi, ABŞ-ın Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Bir çox ev və iş yerini külə çevirən yanğın Hollivuda da sirayət edib. Şəhərin dəbdəbəli məhəllələrində Paris Hilton kimi dünyaca məşhur adların mülkləri bir-bir külə dönüb.

Kult.az Unikal.az-a istinadən xəbər verir ki, türklərin çox olduğu Los-Ancelesdə Türkiyənin qabaqcıl iş adamlarının və sənətçilərinin evləri də yanğının qurbanı olub.

Los-Ancelesdə mülkləri olan məşhurları təqdim edirik:

Kənan İmirzalıoğlu

Məşhur ad 2015-ci ildə həyat yoldaşı Sinəm Kobal ilə Los-Ancelesdə ev alıb. Bildirilir ki, cütlük işlərinin çoxluğu səbəbindən evə tez-tez baş çəkə bilməyib və dostlarına verib.

Əli Koç

“Fənərbağça” klubunun prezidenti və “Koç” Holdinq İdarə Heyətinin üzvü Əli Koç 2020-ci ilin noyabr ayında 14,5 milyon dollar ödəyərək şəhərin ən gözəl yerində super lüks malikanə alıb.

Çağatay Ulusoy

2020-ci ildə Los-Ancelesdə restoran açan Ulusoy həmin bölgədən ev də aldığı məlum olub.

Serenay Sarıqaya

Serenay Sarıqaya 2018-ci ildə sevgilisi Kərəm Bürsinlə birlikdə olarkən Los-Ancelesdə 3 mənzil alıb. Gözəl aktrisa sözügedən mənzil üçün 500 min dollardan çox pul ödəyib.

Tolqahan Sayışman

Tolqahan Sayışman 2015-ci ildə “Los-Anceles Hermosa Beach”də ev alıb. Məşhur aktyor dövrün məzənnəsinə uyğun olaraq evə 430 min dollar ödəyib.

Kənan Doğulu-Beren Saat

2014-cü ildə ailə quran Beren Saat – Kənan Doğulu cütlüyü 2018-ci ildə 1 milyon 200 min dollar ödəyərək Los-Ancelesdə ev alıb.

2016-cı ildə ailəsi ilə birlikdə Los-Ancelesə köçən "Fənərbağça"nın əfsanəvi prezidenti Əli Şənin oğlu Adnan Şən qardaşı Mətin Şənlə birlikdə qısa zamanda şəhərin ən böyük podratçılardan birinə çevrilib.

Tarix
2025.01.10 / 11:16
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla