Yuxarı

Xalq artisti bağ evini satışa çıxardı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti bağ evini satışa çıxardı

Azərbaycanın xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.

Kult.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bu barədə o özü bildirib.

Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.

Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.

4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir.

Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.

Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.

Tarix
2025.01.12 / 12:20
Müəllif
Kult.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla