Yuxarı

Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan

Ermənistanın təhlükəsizliyi sözün əsl mənasında İran və Rusiyanın mövqeyindən asılıdır. Bu, faktdır. Ermənistan hökuməti de-fakto bu iki dövləti narahat edən addımlar atır və bu, Ermənistanla bağlı status-kvonun saxlanması qərarını poza bilər.

Axar.az xəbər verir ki, bu sözləri erməni türkoloq Varujan Geqamyan erməni mediasına müsahibəsində Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq haqda saziş imzalamasını şərh edərkən deyib.

Onun fikrincə, rəsmi İrəvanın İran və Rusiyaya qarşı yönəlmiş addımları öz ayağına güllə sıxmasıdır.

Geqamyan ABŞ-la strateji tərəfdaşlıqdansa, İranla hərbi təlimlərin keçirilməsi və İran qoşunlarının “Ermənistanın zəif bölgəsi olan” Sünikdə (Zəngəzurda) yerləşdirilməsini təklif edib:

“Bu halda Ermənistanın təhlükəsizlik səviyyəsi faktiki olaraq artardı. Azərbaycanın Zəngəzur iştahını cilovlamaq üçün İranla təlim keçirməliyik”.

Qeyd edək ki, İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın yanvarın ilk ongünlüyündə İrəvana səfəri zamanı Ermənistan rəhbərliyinə hərbi tərəfdaşlıq sazişi və ordunun Zəngəzura yeridilməsini təklif etdiyi barədə məlumat yayılıb. Bunun ardınca Ermənistanda müxalif siyasətçilər və politoloqlar bu istiqamətdə təbliğatı gücləndiriblər.

Tarix
2025.01.15 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla