Yuxarı

Karpovu uduzduran, Kasparovu çempion edən ekstrasens

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövründə Tofiq Dadaşovun adı hər bir azərbaycanlıya tanış idi: rəqiblərinin belə gücünü etiraf etdiyi qeyri-adi qabiliyyətə malik azərbaycanlı keçmiş SSRİ məkanında məşhur şəxs sayılırdı.

Həmin vaxt vaxtaşırı seanslar keçirir, efirlərdə olurdu və öz qabiliyyətini göstərirdi. Ancaq Azərbaycanın müstəqilliyinin ilk illərində Tofiq Dadaşov da Rusiyaya köçdü və efirlərdən kənarlaşdı.

Onun adı bakılı Harri Kasparovun Anatoli Karpova qalib gəlməsində hallanırdı və sonradan bunu mediaya da açıqladı. Harri Kasparov isə təsdiqlədi.

T.Dadaşov 1947-ci il aprelin 11-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini qiyabi bitirib. 1967-ci ildə Moskvaya dəvət olunub, Moskonsertdə işə qəbul edilib. 1969-ci ildən Sovet İttifaqının müxtəlif şəhərlərində müəllif proqramı ilə psixoloji təcrübələr aparıb.

1973-cü ildə SSRİ Elmlər Akademiyası nümayəndələri tərkibində “Birinci beynəlxalq psixotronik problemlərin araşdırılması konfransı”na dəvət olunub. İlk dəfə idi ki, beynəlxalq səviyyədə uzaq məsafədən telepatiya təcrübəsi keçirilirdi. T.Dadaşovla təcrübəni iki məşhur tədqiqatçı, dünyanın müxtəlif ölkələrinin 300-dən çox aliminin gözü qarşısında aparılırdı. Onlardan biri – o zamanlar E.Huverin (FTB) elmi işlər üzrə koməkçisi olmuş, yalan detektorunun yaradıcısı K.Bakster idi. Konfransda əcnəbi alimlər T.Dadaşovun psixoloji bacarığını çox yüksək qiymətləndirirlər, onu dünyanın güclü mediumu kimi təsdiq etdilər ki, bu da dünya mətbuatinda geniş əks-səda doğurur.

Tofiq Dadaşov yüksək mükafatlara və adlara, o cümlədən sərnişin təyyarəsinin qaçırılmasının qarşısının uğurla alınması, sərnişinlərin təhlükəsizliyinin təmin olunması və cinayətkarların tərksilah edilməsinə görə 1989-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına layiq görülüb.

Tofiq Dadaşov 1988-ci ildə Bakı şəhərində əhaliyə kömək məqsədilə ”PSİ-ЭKS” məsləhət mərkəzini yaratmışdı. Artıq mərkəz Moskvada fəaliyyət göstərir.

Kult.az parapsixoloq Tofiq Həsən oğlu Dadaşovun “Raboçaya Tribuna”ya 1997-ci ildə verdiyi müsahibəni təqdim edir:

Bu insanın xidmətləri siyahısında müxtəlif hökumətlərin başçılarının və DTK-a generalların rəsmi təltifləri və təşəkkürləri xüsusi yer tutur. O, xarici ölkələrin kəşfiyyatçılarını aşkar etmiş, terrorçuların zərərsizləşdirilməsinə kömək göstərmiş, şahmatçıların yarışlarının nəticələrinə təsir göstərmiş, siyasi məsələlərlə məşğul olmuş, eləcə də Mona Lizanın müəmmalı gülüşünün sirrini açmışdır.

- Tofiq Həsənoviç, məlumdur ki, siz Bakının yetişdirməsisiniz, bakılısınız. Hazırda harada yaşayır və nə işlə məşğul olursunuz?

- Artıq 30 ildir ki, Moskvada yaşayıram, Bakıda da tez-tez oluram. Orada xeyriyyə məqsədilə parapsixoloji kömək mərkəzi açmışam. Sizə deməliyəm ki, mənim də həyatımda ən ağır dövrlər olub: bir çox vətəndaşlar kimi mən də Sovetlər İttifaqının dağıdılmasını çox faciəvi ağrılarla yaşamışam. Bu dövr mənə elə pis təsir göstərmişdi ki, işləmək istəmirdim. Hətta Almaniyadan və Ərəb Əmirliklərindən dəvətlər alsam da belə. Mən bu vəziyyətimi mənəvi matəmim, qara günlərim adlandırardım. İndi özümə gəlmişəm. Böyük yaradıcılıq vüsətilə işləmək arzusundayam. İllər keçib gedir axı.... Bu illin aprelində 50 yaşım olacaq.

- Siz özünüzü neçə adlandırırsınız: - ekstrasens, yoxsa alım?

- Bilmərəm. Mən elmi terminologiyaya arxalanmıram, sadəcə baxıram və görürəm ki, külqabının böyrünə milçək qonub. Siz onu görürsünüzmü? Yox? Amma mən görürəm.

- Sizə belə informasiyanın necə daxil olmasını təsvir edə bilərsinizmi?

- Müxtəlifdir. Yadımdadır, xalq arasında Çernenkonun səhhəti ilə bağlı söz-söhbət gəzəndə qonşularım üstümə düşdülər ki, de görək, bu, nə qədər çəkəcək? Mən söz verdim ki, deyərəm. Gecə yuxuma belə... tipik rus sifətli, ağ xalatlı bir adam girdi. O soruşdu: “Sən Çernenkonun səhhəti ilə maraqlanırdın? O, martın 9-da vəfat edəcək”. Belə də oldu.

- Elə hallar da olub ki, terrorçunu tərk-silah etməli olmusunuz. Zəhmət olmasa, bu barədə danışın.

- Bu hadisə Bakıda, 80-cı illərdə baş verib. Terrorçu Ukraynadan təyyarəni qaçırıb Bakı aeroportuna enməyə məcbur etmişdi. Təyyarəni müəyyən bir saatda partlatmaqla qorxudaraq, pul tələb edirdi. Axşamçağı mənə tanış bir çekist zəng etdi və dedi ki, Azərbaycan DTK-sının rəhbəri İvan Qorelovski bu əməliyyatda iştirak etməyini xahiş eləyib. Bütün gecəni yatmadım, gözləyirdim ki, dalımca gələcəklər, kofe içirdim və çox həyəcanlanırdım. Maşın bizə səhər tezdən gəldi – gözlərim qıpqırmızı idi, yuxusuzluqdan, həyəcandan başım partlayırdı... Aeroporta gəldik. Karpuxin, Barannikov, Moskvadan gətirilmiş “Alfa” qrupu da burada idi. Mənə başa saldılar ki, çox güman terrorçu tək deyil, cinayətkar yoldaşı da var, kiminləsə məsləhətləşir və əmrlər verir. Güman var ki, silahlıdır. Cihazlar qeydə alıb – orada nəsə tıqqıldayır. Cinayətkar səhər saat səkkizə kimi 500 min alman markası və yarım milyon ABŞ dolları tələb edir.

Mənə belə tapşırıq verdilər: terrorçu ilə danışıqlara cəhd edim, saat on birə kimi gözləsin (pulu Moskvadan gətirməli idilər). Fikirləşməyə də vaxt yox idi. Mən təyyarənin pilləkəninə yaxınlaşdım, qapı açıq idi, lakin quldur çölə boylanmırdı. Bizim aramızda haradasa 50 metrlik məsafə vardı. Onun ancaq saqqalını və işıldayan gözlərini gorə bildim. Özümü Xarici İşlər Nazirliyinin nümayəndəsi kimi qələmə verdim, ona başa saldım ki, pul ancaq saat 11 radələrində olacaq. Terrorçu bildirdi ki, artıq səbri tükənib. Mən onu hara uçmaq istədiyi barədə sorğu-sual elədiyim anda anladım ki, quldur yalan uydurur. Onun nə silahı, nə də şəriki var. Danışıq müddəti cəmisi 30 saniyədən bir az artıq çəkdi. Vəziyyəti, gəldiyim qənaəti Qorelovskiyə və Karpuxinə izah etdim. Üzərimə necə böyük məsuliyyət düşdüyünü anlayırdım. Əməliyyat rəhbərinə dedim: “Təyyarənin pilləkəninə yaxınlaşıb bu sözləri desin. Bundan sonra quldur siqaret yandıracaq və bu anda onu götürmək olar. Dostum çekistdən isə xahiş etdim ki, “Alfa” qrupuna çatdırsın: Narahat olmasınlar, hər şey uğurla keçəcək, hamısı orden alacaq. Onu da deyim ki, uşaqlar həqiqətən narahat idilər, çünki bundan əvvəlki əməliyyat uğursuz olmuşdu. İtkilər və ölümlə nəticələnmişdi.

- Əməliyyat necə başa çatdı?

- Saat 11.05-də terrorçunu zərərsizləşdirdilər. Karpuxun sonra mənə etiraf etdi ki, hər şey siz deyən kimi oldu. Siz dediyiniz sözləri olduğu kimi təkrar etdilər, quldur siqaret istədi və bu anda biz onu tutduq. Terrorçunun cibindən isə zəngli saat tapıldı.

- Zəhmət olmasa, deyin, alimlər sizin bu qeyri-adi qabiliyyətinizlə maraqlanıblarmı?

- Bəli, mən çox vaxt təcrübələrimi onların iştrakı ilə keçirmişəm. Yadımdadır, Praqada psixotroniklərin birinci beynəlxalq konqresi keçirilirdi. Ora çoxlu sayda mediumlar, ekstrasenslər yığışmışdı. Hətta onların bəziləri ayaqyalın, uzun-uzun saçlarla gəzirdilər. Lakin onların heç biri öz bacarığını nümayiş etdirməyə cürət etmirdi. Mən orada uzaq məsafədən üç telepatiya təcrübəsi apardım. Amerika alımlərinin içərisindən bir qadın təyin etdilər və tapacağım sözü ona etibar etdilər. Mən 25-30 metrlik məsafədə idim, ingilis dilini bilmirəm. Mənasını başa düşməsəm də, sözünü dedim. Səs-küy qalxdı, təəccüb dolu nidalar eşidildi. Sən demə, bu, konqresin iştrakçısı, görkəmli amerikalı alim Klif Bokstorun adı imiş.

Bizim arayış: Klif Bakstor psixoenergetika və kriminalistika sahəsində görkəmli mütəxəssisdir. Məşhur “Yalan detektoru”nun müəllifidir. Sınaq təcrübəsindən sonra o, Tofiq Dadaşovu "dünyanın ən güclü mediumu” adlandırıb.

- İtirilmiş şeyləri axtarmalı olmusunuzmu?

- Belə bir maraqlı hadisə olmuşdu. 1995-ci ilin dekabrında mən dövlətə məxsus şəhərkənarı bir bağda yaşayırdım. Necə oldusa, axşam Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini məndən xoşagəlməz bir hadisədə onlara köməklik etməyimi istədi: - Xidməti vəzifəsini yerinə yetirərkən starşinanın tapançası oğurlanıb. Starşinanın isə təqaüdə çıxmasına cəmisi yarım il qalmışdı, başına xoşagəlməz hadisələr gələ bilərdi. Məsələni həll etməyi üzərimə götürdüm. Şərt qoydum: silahı oğurlamış adam cəzalandırılmayacaq. Bu vaxta kimi də xidməti axtarış apararaq 3 nəfər şübhəli şəxs tapmışdılar. Mənə isə onlardan hansının oğru olduğunu təyin etmək qalırdı. Başlanğıc olaraq xahiş etdim ki, mənə əvvəlcə həmin o bədbəxt starşinanı göstərsinlər. Cəmisi bir neçə saniyəliyə onu gördüm, küçədə arxası mənə sarı dayanmışdı. O saat başa düşdüm ki, oğru o özüdür. Cinayəti isə bilərəkdən, pis məqsədlə eləməyib, axmaqlıqdan, ailədə başqarışıqlıq onu çaşdırıb.

- Siz öz təcrübələrinizə xüsusi hazırlıq görürsünüzmü?

- Yox. Amma çoxdan hiss etmişəm ki, nə qədər çox həyəcan keçirirəmsə, təcrübələrim o qədər uğurlu alınır. Mənim üçün ekstremal vəziyyətdə işləmək daha maraqlıdır.

- Sizin bacarığınızı öyrənmək olarmı?

- Bunu öyrənmək mümkün deyil. Kimin xüsusi qabiliyyəti varsa, həyatda öz yolunu tapacaq. Bax, öz formamı necə qorumağın müəyyən sirləri var. Bilirsiz, mən necə məşq edirdim. Şəhər universal, yaxud da Mərkəzi Universal mağazalarına gedir, kimin nə fikirləşdiyini tapmağa çalışırdım. Bir dəfə çaşıb özünü itirmiş gəlmə bir qadın nəzərimi cəlb etdi. Özümü cəmləyib anladım ki, xanım ayaqqabı bölməsini axtarır. Yaxınlaşıb bölməni xanıma göstərdim. Təbii ki, qadın mat qalmışdı. Mən beləcə tez-tez bu mağazalarda olurdum, hətta milis işçiləri də mənimlə maraqlanmağa başlamışdılar. Fikirləşirdilər ki, yəqin cibgir-zadam.

- Mona Lizanın təbəssümü səbəbi haqda variantdan sonra ümumdünya şöhrəti qazandınız. Deyin, necə oldu ki, bu qənaətə gəldiniz?

- Bir dəfə elm üzrə mütəxəssis mənə müraciət edərək üzü əla köçürülmüş Mona Lizanın portiretini göstərdi və bu obraz barədə mənim fikirlərimi soruşdu. Heç bir çətinlik çəkmədən özümü Mona Lizanın fizioloji “vəziyyətinə” saldım və müəyyənləşdirdim ki, o hamilədir. Dostum Mona Liza haqda fikirlərim dəqiqliklə konspektləşdirdi. Yeri gəlmişkən deyim ki, qəzetlər əvvəlcə bu fikri dərc etməkdən çəkinirdilər.

- Tofiq Həsənoviç, sizin adınızı həmişə Harri Kasparovun şahmatdakı qələbələri ilə bağlı hallandırırlar...

- Bəli, mən Harriyə Karpova qarşı hər üç matçında köməklik etmişəm. Birinci dəfə mənə müraciət edəndə Kasparov Karpova 4:0 hesabı ilə uduzurdu. Bizim ilk görüşümüzdə Harri çox həyəcanlı, dilxor görünürdü, təkcə bir şey istəyirdi, görüşün (matçın) vaxtını uzatmaq. Bircə ayın içində təmiz uduzmaq onu alçaldırdı, acizləşdirirdi. Ona dedim: “Mən sizə hesab 5:0 olanda kömək edəcəyəm və bu ona görə deyil ki, siz mənim xoşuma gəlirsiniz. Yox. Birinci ona görə ki, siz bizim ikimizin də doğma respublikamızı o qədər yüksək səviyyədə təmsil edirsiniz. İkincisi də insanlıq xətrinə. Bilirəm ki, belə ağır məğlubiyyət sonra sizinçün asan olmayacaq. Üçüncüsü isə mənim özümçün də bu maraqlıdı”. Növbəti partiyanı da Harri uduzdu. Hesab 5:0 oldu. Elə bundan sonra da mən işə başladım.

- Sizin köməyiniz nədən ibarət idi?

- Şahmatdan o qədər də başım çıxmır. Hansısa hazırlıqların, gedişlərin təkmilləşdirilməsini Kasparov məşqçilərlə birlikdə özü edirdi. Mənsə ona hansı taktikanı – hücumu və ya müdafiəni seçməyi söyləyir, təlqin edirdim. Rəqibin oyuna hansı əhval-ruhiyyədə çıxacağını xəbər verirdim. Əvvəlcədən bütün partiyaların – görüşlərin necə nəticələnəcəyini bilirdim. Özüm oyun zalında olurdum, xoş, əlverişli atmosfer yaradırdım. Hesab 5:2 olanda Kasparova zəng eləyib bildirdim ki, mən gedirəm. O soruşdu: “Siz məni atıb gedirsiz?” Mən cavab verdim: “Yox, növbəti görüşü də Siz udacaqsınız, hesab 5:3 olacaq, matçı isə təxirə salıb dayandıracaqlar”...

- Hər şey elə belə də oldu. Siz dediniz ki, hər üç görüşdə Kasparova köməklik göstərdiniz. Bu görüşlər uzun çəkirdi. Bu qarşılıqlı ünsiyyət zamanı dostlaşa bildinizmi?

- Yox, insan kimi Karpov daha çox xoşuma gəlirdi. İnandırıram ki, burda məsələ hansısa milli ədavətdə deyil. Kasparovun Karpovu bir insan kimi məhv etmək istəməsini görmək xoşuma gəlmirdi. Sonra isə məşqçi ilə o məsələ ortaya çıxdı. Məşqçini təqsirləndirirdilər ki, guya ki, o, Karpova Kasparovun gedişlərini “satırmış” və buna görə də Harri onu komandasından qovdu... Mən Kasparovun komandasının bütün üzvlərini görmüşdüm. Onlar vicdanlı və sadiq idilər. Mənim Kasparova köməyim gizli saxlanılırdı. Harrini dayandırmaq üçün “sirri açmaq” qərarına gəldim. Bir jurnalistə müsahibə verdim və bu hadisədə özümün iştirakımı açıqladım. Jurnalist məqaləni “Moskovskiye novosti” qəzetinə apardı və bir müddətdən sonra mən Yeqor Yakovlyevdən redaksiyada görüşmək barədə dəvət aldım. Artıq görüşə gedəndə dəqiq bilirdim ki, Yakovlyev Kasparovla üzbəüz görüş hazırlayır və qalmaqal gözlənilir. Amma qalmaqal alınmadı. Harri məqalədəki faktları təsdiqlədi və hesab elədi ki, mənim xidmətlərim hətta olduqca az işıqlandırılıb. Amma mən belə başa düşdüm ki, o istəmirdi ki, məqalə nəşr edilsin və mən onu dərc etdirmədim.

- Bildirdiniz ki, kömək üçün sizə yüksək vəzifəli adamlar da müraciət edirlər. Deyə bilərsinizmi, bu köməkliklər nədən ibarət idi və siyasətçilərdən kimlər sizin qəbulunuzda olub?

- Mən çoxlarına Moskvada da, Bakıda da kömək etmişəm. Müxtəlif məsləhətlər verməli olmuşam. Necə, hansı vasitələrlə prezident olmaqdan tutmuş ərə gedib-getməmək məsələlərinə qədər. Adları isə deməyəcəyəm.

- Tofiq Həsənoviç, siz də Rusiyada sakitlik, stabillik olmasında marağı olan adamsınız. Bizim ölkənin gələcəyi necə görünür? Məsələn, Yeltsini kim əvəz edəcək? Biz hətta familiyaları da bilərik: Çernomırdin, Lebed, Lujkov, Züqanov, Çubays...

- Çubays ikinci şəxs kimi çox yaxşıdır. O, arxa planda, kölgədə qalaraq işləmək istəyir. Suslov kimi. Çernomırdin onlara da, o birilər üçün də əlverişlidir və ola da bilər ki, heç kim üçün əlverişli olmasın. Züqanov yaxşı prezident ola bilməz. Ən yaxşı halda o özünü həmkarların lideri olaraq göstərə bilər. Yeri gəlmişkən deyim ki, əgər kommunistlərin rəhbəri başqa adam olsaydı, onlar seçkiləri udardılar. Əgər seçkilər deyək ki, sabah olarsa, Lebedi də, Lujkovu da prezident eləyə bilərlər. Əgər siyasətçilərin malik olduqları daxili imkanlardan çıxış etsək, Gennadi Seleznyov daha güclüdür.

Bizim arayış: 1991-ci ildə Tofiq Dadaşov kütləvi informasiya vasitələrilə öz imkanlarını cəmiyyət qarşısında hələ o qədər də açıb göstərə bilməmiş bir neçə siyasətçinin xarakterinin izahını verdi. Yeltsin faciəvi fiqur kimi qiymətləndirilirdi, şəxsiyyət kimi yox. O mənada ki, onun ardınca faciələr zənciri davam edəcək. Jrinovski avanturist kimi xarakterizə olunurdu. Rıjkov alicənab adlandırıldı. Bakatin etibarsızdı. 1995-ci ildə Dadaşov general Lebedin populyarlığından xəbər verirdi, lakin qeyd edirdi ki, onun partiyası seçkilərdə məğlub olacaq. Elə həmin il də parapsixoloq bəyan elədi: “Yeltsin prezident seçiləcək, amma onu hökmranlıq edən hakim kimi görmürəm”. O zman Boris Nikolayeviçin xəstəliyi haqda T.Dadaşov heç nə bilmirdi.

İlona Yegizarova,

“Raboçaya Tribuna”, 19 mart 1997-ci il

Tarix
2024.09.15 / 08:00
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto

Zurab Pololikaşvili də Əliyevə başsağlığı verdi

TDT rəhbəri Azərbaycanı təbrik etdi

Benzin və dizellə bağlı mühüm dəyişiklik oldu - Qərar

Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı

Zakir Həsənov Baş Klinik Hospitalda - Video

Finlandiya prezidenti İlham Əliyevə başsağlığı verdi

Bakı metrosu Yeni il gecəsi neçəyə qədər işləyəcək?

Litva Prezidenti İlham Əliyevə zəng etdi

Əliyevin çıxışı Rusiyanın hökmranlığını sındırdı - VSJ

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla