Yuxarı

"Neftçi"nin nəticələri məni də məyus edir - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk olaraq xalqımızı bayram münasibətilə təbrik edirəm. Oyuna gəlincə, yaxşı komandaya qarşı mübarizə apardıq. İlk hissənin sonlarına yaxın rəqib hücumlar edirdi.

Axar.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VII turunda doğma meydanda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, yerli çempionatdan fərqli olaraq, avrokuboklarda daha yüksək templə oynayacaqlarını söyləyib:

"Hər bir elementə hazır olmalıyıq. "Neftçi" ilə oyunda bəzi zonaları "Tottenhem"lə oyunöncəsi yoxladım".

Q.Qurbanov "Neftçi"nin nəticələrinə məyus olduğunu bildirib: "Heç bir komanda başına gələnlərdən sığortalanmayıb. "Qarabağ" da uğursuzluq yaşaya bilər. "Neftçi" böyük komandadır. Mən özüm də bu klubun şərəfini qorumuşam. İnanıram ki, hər şey yaxşı olacaq".

Mütəxəssis Ağdam şəhərində təməli qoyulan "İmarət" stadionunun tikintisi barədə də danışıb: "Çox xoş hal idi. Bu cür başlamaq möhtəşəmdir".

Tarix
2024.09.20 / 23:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla