Yuxarı

Nazarbayevin Ərdoğana hədiyyə etdiyi çadır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər maddi vəziyyətiniz Türk dünyasını gəzməyə imkan vermirsə, bunun çox sadə bir yolu var.

İstanbulda Türk Dünyası Kültür məhəlləsini gəzmək.

Siz bu məhəlləyə gəlməklə qırğız çadırlarını görür, Qız qalasının, Burana qalasının əzəmətini seyr edir, Xoca Əhməd Yəsəvinin otağında mənəvi dünyanıza qapılır, onun türbəsini ziyarət edir, Bilgə xaqanın, Gültəkinin, Tonyukukun vəsiyyətləri ilə tanış olursunuz...

Biz də bu məqsədlə dünən həmin məhəlləyə yollandıq.

Qapıdan içəri girdiyimizdə sol tərəfdə bir qırğız çadırı və Orxon abidələri ilə tanış oluruq. Türk əlifbası ilə yazılmış bu abidə Göytürk xaqanlığı dönəminə şahidlik edir. Bu gün Rusiya, Monqolustan ərazilərində bu abidələrin orijinallarını görmək imkanımız olmasa da, maketlərinə baxıb təsəlli tapırıq. Qırğız çadırının yanında Qız qalasını, onun yanında isə Azərbaycan Kültür Evini görürük.

Buradakı hər türk ölkəsinin evinin önündə o ölkənin bayrağı dalğalanır, həmin ölkəyə xas hər hansı bir simvol görünür. Məsələn, Azərbaycan evində ilk gözə çarpan xalçalarımız olur.

Ərazidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan evləri yerləşir. İstanbul Böyükşəhər Bələdiyyə başqanı Kadir Topbaşın "ən böyük xəyalım" adlandırdığı bu məhəllədə bu ölkələrin mədəniyyətlərini əks etdirən sərgilər keçirilir, dil kursları təşkil edilir.

Ərazidə Orta Asiyanın göz oxşayan çadırları yerləşir. Qırğız çadırı 2013-cü ildə Qırğız Respublikasının parlamenti tərəfindən hədiyyə edilib. Qazax çadırı isə prezident Nursultan Nazarbayev tərəfindən 2011-ci ildə o zaman Türkiyənin baş nazir olan R.T.Ərdoğana hədiyyə edilib.

Məhəllədəki "Turkuvaz" adlı mağazada türk dünyasını əks etdirən əşyalar satılır.

Zinnət adlı restoranda isə türk dünyasına xas yeməklərin dadına baxa bilirsiniz.

Beləliklə, böyük Türküstana səfərə çıxmazdan öncə kiçik Türküstanı gəzib geniş bilgi əldə edə bilərsiniz.

Axar.az Teleqraf.com-a istinadla Türk Dünyası Kültür Məhəlləsindən fotoları təqdim edir:

Tarix
2016.09.29 / 23:35
Müəllif
Dilqəm Əhməd
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla