Yuxarı

Biz də buna təəccüblənirik... - Kamal Abdulla

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru" mövzusunda dəyirmi masa keçirilir.

APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, Azərbaycan multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir:

"Dünən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev elmi məzmunu ilə yadda qalan əhatəli, dərin nitq söylədi. Cənab prezidentin dediklərindən belə ümumiləşdirmə aparmaq olar ki, dünyada iki qütb formalaşıb. Birinci qütb bədbin qütbdür. Ən qabaqcıl Avropa ölkələri multikulturalizmin iflasından danışırlar. Bunun nəticəsi kimi insanlığa yad olan meyllər ortalığa çıxır. Amma Azərbaycan modeli göstərir ki, multikulturalizmin nikbin qütbü də var".

K. Abdulla əlavə edib ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları birləşdirir:

"Biz multikulturalizmin bugününə və sabahına inanırıq. Azərbaycan prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib. Azərbaycanda əsrlərdən bəri müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayıb. Çox zaman xarici qonaqlar bizdən təəccüblə soruşurlar ki, necə olur, Azərbaycanda müxtəlif dini konfessiyalar qardaş və dost kimi yaşaya bilirlər? Biz də buna təəccüblənirik: başqa cür necə olar bilər? Azərbaycan prezidenti öz siyasi xəttini və qayğısını bütün konfessiyalara eyni səviyyədə göstərir. Ölkəmiz bu gün çoxkonfessiyalı ölkə kimi dünyada özünü təsdiq edib. Bu gün Azərbaycan modelini fəxrlə bütün dünyaya göstəririk".

Tarix
2016.09.30 / 11:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla