Yuxarı

İlham Əliyev: "Tarixi ədalətsizliyi aradan qaldırdıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papasını Azərbaycanda salamlayıram. Keçən il Vatikanda görüşərkən Sizi Azərbaycana dəvət etdim. Bu, tarixi bir səfərdir.

APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu səfər Azərbaycan-Vatikan əlaqələrinin inkişafına böyük dəstək verəcək: "Bu səfər göstərir ki, dinlərarası dialoq yaşayır. Vatikan muzeylərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi keçirilib. İlk dəfə müsəlman bir ölkə ilə bağlı belə tədbir olub".

Dövlət başçısı vurğulayıb ki, əsrlərlə Azərbaycanda xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayıb:

"Azərbaycan həmişə Şərqlə Qərb arasında coğrafi, mənəvi körpü rolunu oynayıb. Ən böyük məscidlərdən biri olan Şamaxı məscidi, qədim Alban kilsəsi, o cümlədən Abşeronda Atəşgah məbədi yerləşir. 2008-ci ildə Bakıda katolik kilsəsi açılıb. Bakıda katolik kilsəsi 1912-ci ildə inşa edilib, ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən digər dini abidələr kimi dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, katolik kilsəsi yenidən tikilsin. Bu gün Roma Papası həmin kilsədə dini ayin keçirdi. Biz tarixi ədalətsizliyi aradan qaldırdıq".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda dinlər, xalqlar arasında münasibətlər nümunəvi xarakter daşıyır: "Biz 2008-ci ildə Bakı Prosesini başlamışıq. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasını dəvət etdik. Bakıda dünya dini liderlərinin zirvəsi keçirilir. O cümlədən Bakıda Humantar Forum keçirilir. İki ildən bir Bakıda Mədəniyyətldərarası Forum da keçirilib. Bütün bu tədbirlərdə məqsəd odur ki, dinlər arasında qarşıdurma olmasın. Bunun nəicəsidir ki, BMT Bakıda 7-ci Sivilizasiyalararası Sammitin keçirilməsi barədə qərar verib".

Tarix
2016.10.02 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla