Yuxarı

Ənvər Paşaya aid bu əşya millət vəkilinə hədiyyə edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda Ənvər Paşanın nəvəsi Arzu Ənvərlə gözəl görüş və fikir mübadiləsi oldu.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Ənvər, Nuru və Xəlil Paşa ailəsinin layiqli davamçılarından olan Arzu Ənvərlə görüşü ilə bağlı fikrilərini bölüşüb:

"Arzu xanım dədələri kimi Azərbaycanı və türk dünyasını çox sevən bir insan, aydındır. Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, türk dünyası birliyinin vacibliyi ilə bağlı geniş fikir mübadiləsi apardıq. Azərbaycana dəvətimizi böyük məmuniyyətlə qəbul etdi. İnşallah, yaxın zamanlarda birlikdə maraqlı tədbirlər təşkil edəcəyik və ölkəmizə gələcək. Azərbaycan üçün böyük fədakarlıqlar etmiş Nuru, Xəlil və Ənvər Paşa ailəsinin davamçıları üçün bura bizim qədər onların da vətənidir. Arzu xanımda Azərbaycana belə bir məhəbbətin olduğunu görmək çətin deyildi".

Millət vəkili Ənvər Paşanın ən dəyərli şəxsi əşyalarından birini ona hədiyyə etdiyi üçün Arzu xanıma təşəkkür edib və bu hədiyyənin çox böyük və önəmli olduğunu deyib:

"Bu dəyərli hədiyyəni muzeylərimizdən birinə hədiyyə edəcəyimi bildirdikdə isə Azərbaycanın dədələrinə verdiyi dəyər və vəfakarlıqlardan çox duyğulandığını deyən Arzu xanım bir daha təşəkkür edərək salam və sevgilərini göndərdi".

Tarix
2016.10.05 / 12:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla