Yuxarı

Gözlənilən savaş artıq başladı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gözlənilən savaş artıq başladı - Yeniləndi

20:57

İraq ordusunun Mosul şəhərinə hücumu oktyabrın 17-də, sübh çağı başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə Sky News Arabia Kürdistan muxtariyyətindəki etibarlı mənbəsinə istinadla məlumat yayıb.

"Əl-Cəzirə" də öz mənbələrinə istinadla hücumun yaxın saatlarda başlayacağını bildirib. Kanalın məlumatında peşmərgə qüvvələrinin hücumu ilə əməliyyatın start götürəcəyi qeyd edilir.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan bu əməliyyatın 19-da başlaya biləcəyi haqda danışmışdı.

Artıq dünəndən ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Mosuldakı İŞİD mövqelərinə aviazərbələr endirməyə başlayıb. İraq hökuməti isə Mosul sakinlərinə təyyarə vasitəsilə yaxın vaxtlarda şəhərin İŞİD-dən azad olunacağını müjdələyən vərəqlər atıb.

22:20

Peşmərgə qüvvələri Mosula doğru hərəkətə keçib.

Axar.az xəbər verir ki, artıq bir konvoy Ərbilə doğru irəliləyir.

Şimali Kürd İraq Rəhbərliyinə yaxın "Rudav" saytı ilk yola çıxan peşmərgə qüvvələrinin ilk məkanının Hacı cəbhəsi olacağı barədə məlumat yayıb.

İlk dəstə tank, zirehli texnikalarla, eləcə də ağır silahlarla yola çıxıb.

Yola çıxan peşmərgə qüvvələri Kürdüstan sərhədi daxilində bir İŞİD terrorçusunun belə qalmayacağını bildiriblər.

Mosula aparan 6 cəbhədən 5-i peşmərgə qüvvələrinin nəzarəti altındadır.

Mosula və cəbhələrə olan məsafə:

Keşkə cəbhəsi - 40 km

Mosula anbarı - 30 km

Naveran cəbhəsi - 20 km

Hazı cəbhəsi - 20 km

Güver cəbhəsi - 40 km

Qeyara cəbhəsi - 80 km

Tarix
2016.10.16 / 22:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İranın qonşu ölkələrə hücum strategiyası: üç taktika...

Pezeşkian Əliyevə mesaj göndərdi: Nələrə işarə etdi?

Almaniya və İspaniya diplomatları da təxliyə olundu

Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik etdi

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı şok etdi

SEPAH-dan növbəti böhtan: Azərbaycanı hədələdi - Foto

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - Foto

Fidan Türkiyə və Azərbaycanla bağlı xəbərdarlıq etdi

Bakıdan ABŞ-ın Naxçıvanla bağlı bəyanatına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla