Yuxarı

İraq XİN şefinin babası haqda – Sensasion fakt

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın keçmiş baş naziri, hazırda Xarici İşlər naziri olan İbrahim Cəfərinin babası ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Axar.az xəbər verir ki, nazirin babası Mehdi Bəkir əl Aşakir Kərbəlada Osmanlı imperiyasına qarşı şiələri etiraza səsləyən ilk şəxslərdən biri olub.

Məhz onun rəhbərliyi ilə 1876-cı ildə İraqda Osmanlı imperiyasına qarşı ilk üsyan başlayıb.

Babasından ilhamlanan İbrahim Cəfəri 1970-ci illərdə BƏƏS rejimini devirmək üçün hərəkətə keçən Dava Partiyasının öndə gedənlərindən biri olub.

Bu gün İraqda baş nazir vəzifəsini tutan Heydər Abadi kimi İbrahim Cəfəri də Səddam Hüseyni devirə bilməyəcəklərini görüb ölkədən qaçmışdı. Abadi İngiltərəyə qaçsa da, Cəfəri İranı seçmişdi…

Əslində, İrana qaçarkən Cəfərinin soyadı dədə-babadan gələn əl Aşakiri olub. Lakin o, Tehrana gəldikdən sonra Səddamın qorxusundan soyadını dəyişdirib Cəfəri qoyub.

10 ildən sonra 1990-cı ildə İrandan İngiltərəyə köçən Cəfəri 2003-cü ildə Qərb dünyasını İraqın işğalına səsləmişdi.

Nəticədə Cəfəri 2003-cü ilin iyulunda İngiltərədən Bağdada qayıtmış, Səddamdan sonra ABŞ-ın qurduğu hökumətdə baş nazir postunu tutmuşdu.

Tarix
2016.10.26 / 13:16
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla