Yuxarı

“Çudo Peçka”dan maaş açıqlaması – Böhran

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çudo Peçka" MMC bu şirkətin Bakıdakı mağazalarından birinin işçilərinin polisə şikayəti barədə xəbərlərə münasibət bildirib.

Report-a daxil olan açıqlamada maaşla bağlı problemlərin olduğu təsdiqlənib:

"Çudo Peçka" MMC olaraq bildiririk ki, həqiqət də bəzi işçilərimizlə maaşla əlaqədar müəyyən problemlər yaranıb. Amma söhbət Cəfər Xəndan küçəsində yerləşən mağazayla bağlı deyil. Söhbət ondan gedir ki, illərdir fəaliyyət göstərdiyimiz "Sahil" metrostansiyası yaxınlığındakı mağazamız müəyyən səbəblər üzündən tərəfimizdən bağlanıb. Həmin mağazada isə "Çudo Peçka"nın 26 işçisi çalışırdı. Həmin işçilər dünən mərkəzi ofisimizdə olaraq gecikdirilən əmək haqlarının verilməsini tələb ediblər. Onlarla söhbətdən sonra şirkətimiz əmək haqlarının bir hissəsinin verilməsini, qalan hissəsini isə tədricən ödənilməsi barədə öhdəlik vəd edib. Amma işçilər əmək haqlarının tam ödənilməsinə israr ediblər. Tərəfimizdən onlara bildirilib ki, hər yerdə olduğu kimi, "Çudo Peçka" şirkəti də böhran yaşayır və elə bu böhran səbəbindən də onların çalışdığı mağaza bağlanıb. Biz, "Çudo Peçka" olaraq bildiririk ki, bizimlə çalışan və çalışmış hər bir işçi bizim üçün əzizdir və adıgedən mağazanın bağlanmasını da dərin təəssüf hissi ilə bəyan edərək bildiririk ki, orada çalışan işçilərin əmək haqları şirkətimiz tərəfindən ödəniləcək".

Qeyd edək ki, Bakıdakı "Çudo Peçka" mağazalarından birinin işçilərinin polisə şikayət etməsi ilə bağlı xəbəri "Report" yayıb. "Çudo Peçka" mağazasının 30-dək işçisi polisə ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib.

Faktla bağlı mağazanın sahibi Çingiz Cəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.

Qeyd edək ki, Anar Cəlilov məşhur müğənni Röya Ayxanın keçmiş həyat yoldaşıdır.

"Çudo Peçka" əvvəllər Çingiz Cəlilovun olub. Mağazalar şəbəkəsi 2011-2016-cı illərdə "Bakery Operating Company" MMC-nin idarəçiliyində olsa da, hazırda əvvəlki sahibindədir.

Tarix
2016.10.26 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla