Yuxarı

Axundovla bağlı yüz ilin müzakirəsi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araşdırmaçı jurnalist, yazıçı Dilqəm Əhmədin üzə çıxardığı - cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin böyük mütəfəkkir Mirzəli Fətəli Axundova həsr etdiyi məqalə müzakirə olunan məsələlərdən biridir.

Musavat.com məlumat verir ki, Rəsulzadə 1955-ci ildə "Azərbaycan" jurnalında çap olunan yazısında Axundovun ateist olmadığını bildirib.

Cümhuriyyətimizin banisi Axundovun yaradıcılığının əsasını hürriyyət, insanlığın şərəf və heysiyyəti, düşünmə sərbəstliyi və hər cür istibdad təzyiqindən qurtulma əzmi olduğunu qeyd edərək, bu azadlıqları məhv və təhdid edən siyasi, ictimai və dini hər cür qurumların onun əsərlərində tənqid olunduğunu yazıb. Rəsulzadə sovet dövründə qəsdən böyük mütəfəkkirin ateist kimi ictimaiyyətə təqdim olunduğunu məqaləsində qeyd edib.
Geniş məqalədə əsas diqqətçəkən hissələr bunlardır:

"Kommunizmin ana fikri olaraq qəbul edilən allahsızlıqdan bəhs edərkən, bolşeviklər daha çox Mirzə Fətəlinin adını çəkirlər.

Onun ateistliyindən bəhs edərlər. Bu, bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Fətəli yuxarıda söylədiyimiz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmirdi. Onun mücadilə apardığı şey iman və düşüncəyə müsəlləd olan sxolastik təfəkkür tərzi idi. Bu cür düşünmə tərzi indi bütün mahiyyəti ilə sovetlərdə hakimdir. O sovetlərdə ki, kommunizm xaricində heç kimə fərqli bir dünyagörüşünə sahib olmaq haqqı verilmir. Sovetlər dövlətinin dəstəklədiyi rəsmi əqidə bütün sovet vətəndaşları, daha doğrusu, bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya məhbəs, ya da əsir düşərgələridir.

Əziz azərbaycanlılar, bir daha təkrar edirik: Bolşevik agentlərinin, sovet ədəbiyyatçı və dırnaqarası tənqidçilərinin nəqarətlərinə əsla inanmayın! Söz azadlığının, mətbuat sərbəstliyinin , inanc, din və düşüncə istiqlalının, liberal dövlət üsul-idarəsinin böyük mücahidi; formaca, məzmunca da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın kökdən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinanın təmsilçiləri olan bolşeviklərə dost olması qətiyyən təsəvvür edilə bilməz".

Rəsulzadənin məqaləsinin üzə çıxmasından sonra Axundovla bağlı müzakirələrdə müxtəlif fikirlər səslənməkdədir. Bir tərəf Axundovun ateist olması fikirlərinin üzərində israrla dayanır, digər tərəf isə Rəsulzadənin məqaləsindəki fikirlərlə razılaşır və bundan çıxış edərək dahi yazıçının deist olduğunu iddia edirlər. Hətta Axundovun bugünkü dövrdə yaşasaydı, nə ateist, nə də deist olmayacağını düşünənlər də var. Kommunizm dövrünün təbliğatının Axundovun ateist olması fikirlərini daha çox cəmiyyətin beyinlərinə həkk etdiyini söyləyənlər də az deyil.

Yazıçı-publisist Mehriban Vəzir hesab edir ki, yaşadığımız dövrlərdə tarixi şəxsiyyətlərə daha çox ideoloji müstəvidən yanaşmışıq: "Elə bir rejimlərdə yaşamışıq ki, orada hər kəsə, hər tarixi hadisəyə, hər tarixi şəxsiyyətə ideoloji müstəvidən yanaşmışıq. Ona görə də istədiyimizi ateist, dindar, xurafatçı etmişik. İlk növbədə, tarixi şəxsiyyətlərimiz olduğu kimi öyrənilib, cəmiyyətə təqdim olunmalıdır. Rəsulzadə elə bir dühadır ki, o, bilmədiyini danışmaz və yazmaz. Onun Nizami və ədəbiyyata aid digər əsərlərini oxuyanda görürsən ki, bu şəxs bu sahənin də dərin bilicisidir. Sözsüz ki, o, Axundovu çox gözəl bilir və tanıyır. Buna görə onun fikirlərinə çox ciddi yanaşıram. Həqiqətən o vaxt xurafat elə bir səviyyədə idi ki, Axundov o çərçivələri darmadağın etməyə məcbur idi. Həmin vaxtlarda da o, ateist kimi görünə bilərdi. Axundov təkcə o çərçivələri darmadağın etməyib. Onun eyni zamanda Füzuli ilə bağlı da fikirləri var. O, ümumiyyətlə, Füzulini şair saymayıb. O böyüklükdə dühanı Axundov tənqid edib, darmadağın edib. Bunun sonrakı nəticələrinə baxın. Düşünürəm ki, Axundov Füzulinin böyüklüyünü çox gözəl bilirdi. Füzulidən sonra gələn şairlər onun təsirindən çıxa bilmir, güldən, bülbüldən yazırdılar. Yalnız bu çərçivələr dağıdılandan sonra Azərbaycan ədəbiyyatında yeni modern janr meydana çıxdı. Axundova bu aspektdən yanaşmaq lazımdır ki, o, avanqard düşüncəli şəxsdir və keçmişin əsarətinə düşmüş amilləri dağıdıb. Buna görə o ateist, Füzulini anlamayan kimi görünə bilər. Axundov o qədər güclüdür ki, cəmiyyətdə belə görünməkdən qorxmayıb. Onu necə sayırlarsa saysınlar, o böyük dahidir. O zamanlar onu ruhani dairələr kafir elan edib, dəfninə belə gəlmədilər. Ruhanilərin sözlərini heç vaxt ciddiyə almamışam. Çünki onlar hər zaman işğalçıların tərəfində durublar. Axundov ateist də, deist də sayıla bilər. Kimin hansı rakursdan baxmasından hər şey asılıdır. Bütün hallarda Axundov yenidən öyrənilməlidir".

Yazıçı-publisist sovet dövründə Axundovla bağlı aparılan təbliğata da toxundu: "Əvvəlki tarixdən gələn vasitələr lazım idi. Ona görə də kommunistlər bundan Axundova qarşı istifadə etdilər. Allahsızlığın, ateizmin köklərinin olduğunu göstərdilər. Ateizmin köklərinin olması da təbiidir. Bütün cəmiyyətlərdə dinə, Allaha inanan və inanmayanlar var. Bunun olması məqbuldur və belə də olmalıdır. Mirzə Cəlil artıq öldüyünü hiss edəndə Həmidə xanıma birinci sözü o olur ki, molla çağırmayın. Şəkillərdən görünür ki, üzüaçıq şəkildə kostyumla dəfn olunur. Xurafat dövrü insanları o qədər uçuruma aparmışdı ki, bu insanlar sözlərini deməyə məcbur olurdurlar. Bundan sovet hakimiyyəti istifadə edirdi. Deyirdilər ki, Mirzə Cəlil mollalara qarşı vuruşub və ona görə öləndə molla çağırmayıb. Hər kəsin həyatında olan şeylərdən alət kimi istifadə olunub".

Tarix
2016.10.28 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla