Yuxarı

"Nar" təlim kurslarına başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nar"-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan "Təlim məktəbi" layihəsi rəsmən start götürüb.

Axar.az xəbər verir ki, "Uğur akademiyası" və "Asan könüllüləri" ilə birgə "Həyat bizimlə daha rəngarəng" şüarı altında reallaşdırılan layihə çərçivəsində unsiyyət məhdudiyyətli vətəndaşlardan ibarət ilk qrup 7 noyabr 2016-cı il tarixində artıq dərslərə başlayıb.

75 nəfərədək ünsiyyət məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulan kurslar "Təlim məktəbi" layihəsinə görə tədrisi planlaşdırılmış dörd istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürüb.

Qeyd edək ki, təlimlər unsiyyət problemləri olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşacaq. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirovadır.

Eyni zamanda, 7 noyabrdan etibarən, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndiriləcək, həftə ərzində təşkil olunacaq görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım ediləcək.

Xatırladaq ki, "Nar" artıq 3 ildir ki, özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərib. "Nar" özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

"Nar"KSM strategiyası haqqında daha ətraflı məlumatı "nar.az" saytından əldə etmək olar.

Tarix
2016.11.07 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla