Yuxarı

Martirosyan: Ermənilər Azərbaycana səs verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağı Artsax yox, Kolumbiya adlandırmaq olar. Hazırda ora narkotik və qanunsuz silahlar üçün əlverişli yerdir".

APA-nın məlumatına görə, bu sözləri "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: "Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən "Azərbaycanın ərazi bütövlüyü çərçivəsində "Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi" adlı paneldə Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan deyib.

O bildirib ki, Qarabağda əhali iki yerə ayrılıb:

"Bunların biri elitadır və oyuncaq Dağlıq Qarabağ prezidentinin ətrafında olan insanlardır. Əhalinin əksəriyyəti isə acınacaqlı durumdadır. Qarabağda referendum keçirilsə, əhalinin 80 faizi Qarabağın Azərbaycanın tərkibində qalmasına səs verəcək. Onların suyu, ərzağı yoxdur".

Yazıçı-publisist və ictimai xadim Vahe Avetyan isə bəyan edib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı və Ermənistan burada sülhməramlı qismində çıxış etməlidir:

"Azərbaycan Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində də rol oynaya bilər".

Tarix
2016.11.08 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla