Yuxarı

Şikayətçi müəllimə məktəbdən cavab: Əsassız iddia...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səltənət Bağırovaya I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə aparıldığı və bu prosesə məktəbin heç bir müdaxiləsinin olmadığı dəfələrlə izah olunsa da, təəssüflər olsun ki, o yenə də eyni müraciətlərə davam edir.

Bu sözləri 271 nömrəli məktəbdən müəllim Səltənət Bağırovanın şikayəti ilə bağlı Axar.az-a bildirilib.

“2021-2022-ci tədris ilində 271 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səltənət Bağırovanın sinfində şagird sayı 12 nəfərə endiyi üçün həmin sinif bağlanıb. 29 avqust 2023-cü ildə müəllim təkrar sertifikasiyadan keçdiyinə görə 2024-2025-ci tədris ili üçün ona sinif açılmasının nəzərdə tutulduğu ilə bağlı məlumat verilib. Birinci sinfə qeydiyyat elektron sistem vasitəsilə həyata keçirildiyi və müəllim seçimi valideynlər tərəfindən aparıldığı üçün onlar daha nüfuzlu olan müəllimlərə üstünlük verirlər. S.Bağırova valideynlər tərəfindən I sinfə qeydiyyat zamanı müəllim seçimində ona üstünlük verilməyəcəyini təxmin edərək, məktəb rəhbərliyinə “mənə sinif verməlisiniz...” – deyib, hədə-qorxu gəlir və adekvat olmayan alternativ təsir vasitələrinə əl atır. Qeyd edilən iddialar əsassızdır və böhtan xarakterlidir”, - məktəbdən bildirilib.

Qeyd edək ki, müəllim Səltənət Zahid qızı Bağırova Sabunçu rayon 271 nömrəli məktəbin rəhbərliyi haqda bəzi ittihamlar səsləndirib.

Tarix
2024.05.08 / 16:39
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla