Yuxarı

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Kaledoniyanı 1774-cü ildə məşhur Britaniya dənizçisi Ceyms Kuk kəşf edib, bir müddət Britaniyanın nəzarətində olub, amma 1853-cü ildə Britaniyanın başı Çinə və Hindistana qarışdığı zaman Fransa həmin adaları öz tərkibinə qatıb, ora missionerlər göndərib və yerli xalqı, kanakları xristianlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert və siyasi müşahidəçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, İkinci Dünya müharibəsindən sonra imperiyalar, koloniyalar dağılırdı, Yeni Kaledoniyaya Fransa böyük muxtariyyət verdi, amma öz tərkibində saxladı:

“1984-ci ildə Yeni Kaledoniyada müstəqillik uğrunda yeni hərəkat başladı. Bu hərəkatı Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (Kanak and Socialist National Liberation Front) adlı təşkilat başlatdı. Bəzi mənbələrə görə, bu hərəkatın yaranmasında Britaniyanın müəyyən rolu olmuşdu. Bizim bayraqlarımızın oxşar olması da zarafata çevrilib, amma həmin bayraq 1984-cü ildə yaranmış hərəkatın bayrağı idi və sonradan Yeni Kaledoniyanın rəsmi bayrağı oldu – yəni, Azərbaycanın o bayrağın qəbulu və rəsmiləşməsində heç bir rolu olmayıb.

Yeni Kaledoniyada müstəqillik üçün 4 dəfə referendum keçirilib, ən son səvermələrin birində kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib, amma müstəqillik istəyənlərin sayı getdikcə artırdı.

Son etirazlara səbəb olan məsələ odur ki, Fransa Yeni Kaledoniyaya yerləşənlərə (ən az 10 il yaşaması şərti ilə) səsvermə hüququ vermək istəyir. Bu isə o deməkdir ki, yerli əhali olan kanakların səsi, siyasətə təsirləri azalacaq”.

N.Cəfərli vurğulayıb ki, bütün bunlar məsələnin görünən tərəfidir, əsl səbəb isə başqadır:

“Yeni Kaledoniyada dünyda təsbit edilmiş nikel yataqlarının 25%-i yerləşir. Bu gün nikelin 1 tonu dünya bazarında 21150 dollara yüksəlib. Nikel “yaşil enerjiyə” və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biridir – bu gün mübarizə nikel uğrunda gedir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası iddia edirlər. Çinin təsir mexanizmləri yoxdur, əhali xristiandır, çinlilər yaşayır, amma azlıqdadır. ABŞ-Britaniya koalisiyasının isə həm maddi, həm də siyasi təsir mexanizmləri var, Yeni Kaledoniya tam müstəqil olsa, çox güman, bu koalisiyanın təsirləri altına düşəcək.

Bundan başqa, cəmi bir neçə il öncə Sakit okeanda vacib təhlükəsizlik təşkilatı olan AUKUS (Avstraliya, Böyük Britaniya, ABŞ) hərbi alyansı yarandı. AUKUS yarannan kimi Fransanı oyundan kənar vəziyyətə qoydular, Avstraliyanın Fransa ilə 100 mlrd. dollara yaxın dəyəri olan atom sualtı qayıqların istehsalı və istismarı ilə bağlı müqavilə ləğv edildi, həmin müqaviləni Avstraliya ABŞ və Britaniya şirkətlərinə verdi. Fransa çox qəzəbli bəyanatlar versə də, sonda bu acı reallığı qəbul etməli oldu.

Sakit okeanda faydalı qazıntılarla dolu, stateji coğrafi mövqeyi olan Yeni Kaledoniya niyə Fransanın nəzarətində qalmalıdır ki?! Deməli, kanak xalqının müstəqillik mücadiləsinə dəstək vermək, Fransanı sıxışdıraraq həmin adalara sahib olmaq lazımdır – bunu Britaniya və ABŞ istəyir, yəni, Azərbaycan bu məsələdə nə edirsə, çox güman, Britaniya kimi müttəfiqi ilə razılaşdırılmış şəkildə edir.

Fransa isə açıq şəkildə anqlo-saksların üzərinə gedə bilmir, Azərbaycanın adını çəkir – olsun, əslində bu, ölkəmizə nüfuz qazandırır və Fransaya da dərs olsun ki, separatizmi dəstəkləmək həmişə bumeranq effekti yaradır”.

Tarix
2024.05.19 / 15:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Pezeşkian türkcə danışdı, xəbərdarlıq aldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla