Yuxarı

Əli Xamenei dəfn edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Xamenei dəfn edildi

İranın keçmiş ali lideri Əli Xameneinin vida mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb.

Axar.az TASS-a istinadən xəbər verir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

Xamenei ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Liderin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə edilib.

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xamenei və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlamışdı.

Tarix
2026.07.10 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla