Yuxarı

Oyun planında narazılığım var idi - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyun planında narazılığım var idi - Qurbanov

"Vestri" "Qarabağ"la oyunda çox yaxşı müdafiə olunub.

Axar.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında bildirib.

Mütəxəssis Bakıda İslandiyanın "Vestri" komandasına qalib gəldikləri (3:0) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Azarkeşlərə təşəkkür edirəm. Sanki Çempionlar Liqasının oyununda idilər. İlk matçdan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq. Bu, bizə motivasiya verdi. Fanatların hər birinə təşəkkür edirəm. Oyun planında müəyyən narazılığım var idi. Bəzi oyunçuların hazırlığı fərqli səviyyədədir. İkinci hissənin sonunda bir az yorğunluq hiss olundu. Rəqib yaxşı müdafiə olundu. Bizi çox yaxşı analiz etmişdilər. Cavab görüşündə çox məsuliyyətli olmalıyıq. Görüşün gərgin keçməsi xeyrimizə olacaq. Futbolçuları təbrik edirəm".

O, bütün oyunçuları iştirak ərizəsinə sala bilmədiklərini sözlərinə əlavə edib:

"İlk oyunlarda çox diqqətli olmalıyıq. Futbolçuların hazırlıqlarını nəzərə almalıyıq. Rotasiya ilə bağlı qərarı indi verə bilmərik. Qarşıda hələ vaxtımız var".

Baş məşqçi Elvin Cəfərquliyev haqqında danışıb:

"Komandaya qayıtdı. Bəzi görüşlər oldu. Hər halda qanunlara hamımız əməl etməliyik. Lazım olanda sərt reaksiyalar verməliyik. Onunla görüşlərimiz oldu və komandaya qayıtdı".

Xatırladaq ki, cavab görüşü iyulun 17-də baş tutacaq.

Tarix
2026.07.09 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla