Yuxarı

Kimlərsə "Qarabağ"ın 10 qol vuracağını deyirdi - Osafo-Badu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kimlərsə "Qarabağ"ın 10 qol vuracağını deyirdi - Osafo-Badu

"Qarabağ" "Vestri" ilə oyunda keyfiyyət nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə İslandiyanın "Vestri" klubunun baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda "Qarabağ"a uduzduqları (0:3) UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Çətin oyun oldu. Rəqib keyfiyyət nümayiş etdirdi. Futbolçularımın oyunundan məmnunam. Yaxşı müdafiə olunduq. Nəticədən razı deyiləm. Bu hesab bizi məyus edir. Sadəcə, oyunçuların əzmkarlığı məni qane etdi".

O, cavab qarşılaşması haqqında da danışıb:

"Bu görüşə ciddi hazırlaşmalı və keyfiyyəti artırmalıyıq. "Qarabağ"la matç komandamız üçün motivasiyadır. Bizim üçün əsas liqa oyunları daha vacibdir. Rəqib möhtəşəm oyun sərgiləyib. Onlara qarşı oynamaq çətin idi. Kimlərsə təxmin edirdilər ki, "Qarabağ" bizə 10 qol vuracaq".

Qeyd edək ki, cavab görüşü iyulun 17-də baş tutacaq. Cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) duelinin güclüsü ilə qarşılaşacaq.

Tarix
2026.07.09 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Xocavənddə...

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla